Bakıda 38 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Birxeber.Az"un məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Rəhimov Samir Məhəmməd oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.