Birxeber.az / Laçında üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb

Laçında üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb

1-02-2024, 10:50

Laçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi üçün üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb.

"Birxeber.Az-Economics"in xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq.

Müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır

Geri qayıt