Laçında üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb

Laçında üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb

Laçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi üçün üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb.

"Birxeber.Az-Economics"in xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq.

Müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır