Birxeber.az / Türkiyədə ayaqqabılarında qaçaq qızıl külçələr tapılan ermənilər saxlanılıb

Türkiyədə ayaqqabılarında qaçaq qızıl külçələr tapılan ermənilər saxlanılıb

3-04-2024, 13:40

Türkiyənin Kars şəhərində iki erməniəsilli şəxsin ayaqqabılarından qaçaq qızıl külçələr tapılıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, onlar polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Saxlanılan şəxslərin üzərindən ümumi çəkisi 1 kilo 51,71 qram olan qızıl külçələr tapılıb.

Külçələrin bazar qiymətinin 3,5 milyon lira (təqribən 159 min AZN) olduğu qeyd edilib.

Geri qayıt