Türkiyədə ayaqqabılarında qaçaq qızıl külçələr tapılan ermənilər saxlanılıb

Türkiyədə ayaqqabılarında qaçaq qızıl külçələr tapılan ermənilər saxlanılıb

Türkiyənin Kars şəhərində iki erməniəsilli şəxsin ayaqqabılarından qaçaq qızıl külçələr tapılıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, onlar polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Saxlanılan şəxslərin üzərindən ümumi çəkisi 1 kilo 51,71 qram olan qızıl külçələr tapılıb.

Külçələrin bazar qiymətinin 3,5 milyon lira (təqribən 159 min AZN) olduğu qeyd edilib.