Belarus parlamentinin aşağı palatası tam tərkibdə seçilib

Belarus parlamentinin aşağı palatası tam tərkibdə seçilib

Belarus parlamentinin aşağı palatası tam tərkibdə seçilib.

APA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karpenko məlumat verib.

Mərkəzi Seçki Komissiyasının sədri xüsusi mətbuat konfransında 110 seçki dairəsi üzrə qalib gəlmiş namizədlərin adlarını oxuyub.

O, həmçinin bildirib ki, seçkilərin ilkin nəticələrinə görə, 1284 yerli deputat şurasının hamısı formalaşıb.

Fevralın 25-də Belarusda ölkə tarixində ilk Vahid Səsvermə Günü keçirilib.