Gəncədə avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb
Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.
Yaralanan şəxslər xəstəxanaya aparılıblar.
Zərərçəkmişlərin şəxsiyyəti və hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.