Voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib

Voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib

On altı 16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib.

"Report"un xəbərinə görə, Şirvan Olimpiya İdman Kompleksində təşkil olunan yarışın ilk günündə 4 oyun keçirilib.

Birincilikdə ümumilikdə 10 komanda iştirak edir. Komandalar iki qrupa bölünüb və bir dövrədə mübarizə aparırlar. Oyunlar dairəvi sistemlə keçirilir.

A qrupu: “Murov Az Terminal-2”, “Tovuz”, “Hacıqabul”, “Sumqayıt”, “Oğuz”.
B qrupu: “Murov Az Terminal-1”, “Gəncə”, “Azərreyl”, "Milli Aviasiya Akademiyası”, “Xarı Bülbül" ( Şuşa)

25 fevral
“Murov Az Terminal-2” – “Hacıqabul” 1:2
“Murov Az Terminal-1” – “Azərreyl” 0:2
“Tovuz” – “Sumqayıt” 0:2
“Gəncə” – “Milli Aviasiya Akademiyası” 2:1