“Tesla” yeni avtomobilini satışa çıxaracaq

“Tesla” yeni avtomobilini satışa çıxaracaq

“Tesla” şirkəti 2025-ci ilin ortalarında “Redwood” adı altında yeni elektrikli avtomobil modelini satışa çıxarmağı planlaşdırır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilib ki, avtomobilin ilkin qiyməti təxminən 25 min ABŞ dolları olacaq. Avtomobilin aşağı qiyməti şirkətə rəqibləri ilə rəqabət aparmağa imkan verəcək.

Məlumata görə, “Tesla” həftədə təxminən 10 min yeni nəsil elektrikli avtomobil istehsal etmək niyyətindədir.