Politoloq: "Prezident İlham Əliyev qalib lider kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırıb"

Politoloq: "Prezident İlham Əliyev qalib lider kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırıb"

"Prezident İlham Əliyev qalib lider kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırıb".

"Birxeber.Az" xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

"Biz Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində bu gün qalib ölkənin vətəndaşlarıyıq. Uzun illər davam edən işğal faktoru məhz dövlətimizin başçısının qətiyyəti nəticəsində şanlı Ordumuzun şücaəti ilə sona çatdı. Bu səbəbdəndir ki, Azərbaycan hazırda dünyanın hörmət etdiyi güc mərkəzlərindən biri halına gəlib.

Ölkədə həyata keçirilən islahatlar, uzun illər aparılan doğru siyasət və eyni zamanda, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davam etdirilməsi ilə indi biz dünyada özümüzlə fəxr edən xalqa çevrilmişik. Prezident İlham Əliyev Ali Baş Komandan kimi təkcə döyüş əməliyyatlarına rəhbərlik etmirdi, o, həm də 44 günlük Vətən müharibəsi dövründə siyasi lider kimi bütün proseslərin əsas icraçısı idi. Onun siyasi zəkası, hərbi bilikləri, geopolitik situasiyanı dəyərləndirən rasional təfəkkürü dünyanın bir çox ölkələri üçün örnək xüsusiyyətlərdəndir. O, qalib siyasi lider kimi adını dünya Zəfər tarixinə qızıl hərflərlə yazdırıb. Bizim üçün Qələbədən böyük ideya yoxdur. Vətəndaşlarımız da qürurlu xalq kimi dövlətimizin başçısının ətrafında bundan sonra da sıx birləşəcək", - politoloq deyib.

Tural İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev müharibə dövründə həm də informasiya hücumlarının qarşısının alınmasında vacib işlər gördü. Onun müharibə dövründə verdiyi müsahibələri, beynəlxalq mediada tirajlanan fikirləri, tvitləri və bəyanatları diplomatik arenada mövqelərimizi daha da gücləndirdi. Zəfərin əldə edilməsində şəxsiyyət faktoru, “Güclü lider – güclü dövlət” ideyası vacib əhəmiyyətə malikdir. Bunun sayəsində Azərbaycan bir güllə atmadan Ağdam, Laçın və Kəlbəcəri işğaldan azad etdi.

“Prezident İlham Əliyevin Ali Baş Komandan kimi uğurlu taktiki gedişləri nəticəsində düşmən qüvvələri darmadağın edildi, Ermənistan beynəlxalq aləmdə ciddi təzyiqlərlə üz-üzə qaldı. Nəticədə isə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə düşmən ölkədən fərqli olaraq, ona regionda şərtləri diktə etməyə imkan verir”, - politoloq vurğulayıb.

Ekspertin fikirlərinə görə, güclü lideri olmayan ölkələr beynəlxalq münasibətlər sistemində ciddi məğlubiyyətlərə düçar olur:

"Zamanı, dünyanı və siyasi prosesləri idarə edən qüvvətli siyasi bacarıqlar ölkələrin həm də inkişaf stimuludur. Prezident İlham Əliyev faktoru bu gün Azərbaycanı qalib ölkə kimi qlobal məkanda vacib bir nöqtəyə çatdırıb. Dövlətimiz də böyük uğurlar qazanmağa davam edir.

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindəki fəaliyyəti dünya tarixində silinməz iz qoydu. Azərbaycan liderinin siyasi bilikləri və prosesləri analiz etmək qabiliyyəti dünyanın nüfuzlu beyin mərkəzlərində və hərbi təhsil müəssisələrində, araşdırılır, öyrədilir. Ali Baş Komandan və rəşadətli Ordumuz bizim gələcəyimizi xilas etdi və ölkəmiz indi işğaldan azad olunan torpaqlarında böyük quruculuq işləri həyata keçirir".

Daxili siyasət Daxili siyasət
Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib

Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib

Daxili siyasət Daxili siyasət
Kürdəmir, Göyçay və Ağsuda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb

Kürdəmir, Göyçay və Ağsuda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb

Daxili siyasət Daxili siyasət
Naftalanda Xocalı faciəsi anılıb 

Naftalanda Xocalı faciəsi anılıb 

Daxili siyasət Daxili siyasət
Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib

Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib

Daxili siyasət Daxili siyasət
“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”ndə yeni təyinat olub

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”ndə yeni təyinat olub

Daxili siyasət Daxili siyasət
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert təşkil olunub - YENİLƏNİB

Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert təşkil olunub - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
"Bakının yaratdığı yeni reallıqlar Azərbaycanı dünyanın aparıcı ölkəsinə çevirəcək" - RƏY

"Bakının yaratdığı yeni reallıqlar Azərbaycanı dünyanın aparıcı ölkəsinə çevirəcək" - RƏY

Daxili siyasət Daxili siyasət
Əli Əsədov Söyüdlüdə nöqsanların ciddi araşdırılması ilə bağlı ETSN və FHN-ə tapşırıqlar verib

Əli Əsədov Söyüdlüdə nöqsanların ciddi araşdırılması ilə bağlı ETSN və FHN-ə tapşırıqlar verib

Daxili siyasət Daxili siyasət
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib

Daxili siyasət Daxili siyasət
Naxçıvanda qeyri-leqal yaşayan 30 əcnəbi aşkarlanıb

Naxçıvanda qeyri-leqal yaşayan 30 əcnəbi aşkarlanıb

Daxili siyasət Daxili siyasət
Türkiyənin vitse-prezidenti Şuşaya gedəcək

Türkiyənin vitse-prezidenti Şuşaya gedəcək

Daxili siyasət Daxili siyasət
DSX Aparatında 22 iyul - Milli Mətbuat Günü qeyd edilib

DSX Aparatında 22 iyul - Milli Mətbuat Günü qeyd edilib