Bu gün Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayacaq

Bu gün Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayacaq

Bu gün Polşa Silahlı Qüvvələrinin digər ölkələrin hərbçilərinin iştirakı ilə “Dragon-24” milli təlimləri başlayacaq.

“Report” xəbər verir ki, bu barədə Polşa ordusunun Baş Qərargahı məlumat yayıb.

Poliqonlarda 20 minə yaxın hərbçinin təlim keçəcəyi artıq məlumdur. Təlimlərdə NATO-nun 10 ölkəsindən 3,5 min hərbi texnika və eFP blokundan (NATO-nun müttəfiqlərə dəstək olaraq Şərqi Avropada mövcudluğunu gücləndirmək proqramı) döyüş qrupu iştirak edəcək.

Təlimlərdə quruda, havada və dənizdə “qarşılıqlı fəaliyyət və döyüş tapşırıqlarının icrasının sınaqdan keçirilməsi planlaşdırılır.

Eyni zamanda kiberməkanda hərbi təlim əməliyyatları da həyata keçiriləcək. Təlim hələ başlamamışdan əvvəl NATO-nun 1988-ci ildən bu yana ən böyük Dragon 24 təliminin “əsas elementi” adlandırılmışdı.