Samuxda yeniyetmə damda özünü asıb

Samuxda yeniyetmə damda özünü asıb

Samux rayon Kolayır kəndində intihar hadisəsi olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, kənd sakini, 2007-ci il təvəllüdlü N.Rəhimli axşam saatlarında tövlənin çardağından özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

Qeyd edək ki, mərhum ailənin 3 övladından biri olub.

Faktla bağlı araşdırma aparılır.