İsveçrə XİN: “Ukrayna ilə bağlı onlarla sülh planı mövcuddur”

İsveçrə XİN: “Ukrayna ilə bağlı onlarla sülh planı mövcuddur”

“Hazırda dünya ictimaiyyətində Ukrayna ilə bağlı 10-a yaxın sülh planı mövcuddur, onların əksəriyyəti ictimaiyyətə məlumdur, lakin bir neçə plan məxfidir”.

“Report” xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis bəyan edib.

“Ümumilikdə onlarla sülh planı var. Aydındır ki, söhbət Ukrayna prezidenti Vladimir Zelenskinin 10 bəndlik planından gedir, altı-yeddi ictimai plan və gizli planlar da var”, - o, brifinqdə jurnalistlərə deyib.

Nazirin fikrincə, İsveçrə konfransı mümkün qədər çox təklifə baxmalıdır:

“İdeyalar çoxdur. Elə dövlətlər var ki, onların ideyaları var və bu konfrans bizə onları təhlil etməyə, ortaq məxrəc tapmağa və ondan başlayaraq addım-addım irəliləməyə imkan verməlidir”.