Oğuzda naməlum şəxs yaşlı qadına xəsarətlər yetirib

Oğuzda naməlum şəxs yaşlı qadına xəsarətlər yetirib

Oğuzda naməlum şəxs yaşlı qadına xəsarətlər yetirib.

"Birxeber.Az"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Hallavar kənd sakini 1957-ci il təvəllüdlü Məmmədova Fəridə Hümmət qızı ötən gecə Bakı şəhərindən evinə qayıdıb öz həyətinə daxil olan zaman naməlum şəxs onun üzünə və bədəninin müxtəlif hissələrinə yumruq və təpiklə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov "Birxeber.Az"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, F.Məmmədova tərəfindən ərazi polis orqanına müraciət edilib. Müvafiq ekspertiza təyin olunub və şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir.