Naxçıvan üzərindən Türkiyəyə dəmiryolu xətti çəkiləcək

Naxçıvan üzərindən Türkiyəyə dəmiryolu xətti çəkiləcək

Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında Naxçıvan vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.

“Report” xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında deyilib.

Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmir yolunun çəkilməsi nəticəsində Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişlənəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda yeni yaranmış reallıqlar fonunda nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar vəd etdiyi qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlığı daha da gücləndirəcəyinə, bölgə ölkələrinin iqtisadi tərəqqisinə xidmət edəcəyinə əminlik ifadə olunub.

İclasda Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək cari ilin 9 ayında iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 60,2 % artdığı, o cümlədən tranzit yüklərin həcminin 96,3 % çox olduğu bildirilib.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktaydır.

İnfrastruktur İnfrastruktur
Azərbaycanın aeroportlarından şəhərin mərkəzinə gəlmək nə dərəcədə asandır?

Azərbaycanın aeroportlarından şəhərin mərkəzinə gəlmək nə dərəcədə asandır?

İnfrastruktur İnfrastruktur
Qarabağa Avropa şirkətlərinin cəlb edilməsi müzakirə edilib

Qarabağa Avropa şirkətlərinin cəlb edilməsi müzakirə edilib

İnfrastruktur İnfrastruktur
Şükürbəyli-Cəbrayıl-Hadrut və Füzuli-Hadrut yollarının əsas parametrləri açıqlanıb

Şükürbəyli-Cəbrayıl-Hadrut və Füzuli-Hadrut yollarının əsas parametrləri açıqlanıb

İnfrastruktur İnfrastruktur
"Azərsu" ASC-yə zənglərin qəbulunda müvəqqəti fasilə yaranıb

"Azərsu" ASC-yə zənglərin qəbulunda müvəqqəti fasilə yaranıb

İnfrastruktur İnfrastruktur
Türkmənistan, Azərbaycan və Türkiyə nəqliyyat nazirlərinin görüşü olub

Türkmənistan, Azərbaycan və Türkiyə nəqliyyat nazirlərinin görüşü olub

İnfrastruktur İnfrastruktur
"Silk Way West Airlines" yeni "Boeing 777-8F" yük təyyarələrinə sərmayə qoyur

"Silk Way West Airlines" yeni "Boeing 777-8F" yük təyyarələrinə sərmayə qoyur

İnfrastruktur İnfrastruktur
Sabirabadın Çığırğan kəndinin yolları bərbad vəziyyətə düşüb

Sabirabadın Çığırğan kəndinin yolları bərbad vəziyyətə düşüb

İnfrastruktur İnfrastruktur
Zəyəmçay su anbarının yaradılmasına başlanılıb

Zəyəmçay su anbarının yaradılmasına başlanılıb

İnfrastruktur İnfrastruktur
“Atamoğlan Kərimov” kran gəmisi əsaslı təmir olunub

“Atamoğlan Kərimov” kran gəmisi əsaslı təmir olunub

İnfrastruktur İnfrastruktur
Füzulinin 3 kəndində tikinti işlərinə başlanılacaq

Füzulinin 3 kəndində tikinti işlərinə başlanılacaq

İnfrastruktur İnfrastruktur
ADB Ələt-Naxçıvan dəmir yolu dəhlizinin diaqnostikası üçün texniki yardım göstərib

ADB Ələt-Naxçıvan dəmir yolu dəhlizinin diaqnostikası üçün texniki yardım göstərib

İnfrastruktur İnfrastruktur
Şamaxıda dövlət vəsaiti ilə tikilmiş 174 ev sənədləşmə üçün siyahıya alınıb

Şamaxıda dövlət vəsaiti ilə tikilmiş 174 ev sənədləşmə üçün siyahıya alınıb