Avropa Komissiyasının rəhbəri ikinci müddətə namizədliyini verəcək

Avropa Komissiyasının rəhbəri ikinci müddətə namizədliyini verəcək

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bu vəzifəyə yenidən namizədliyini irəli sürmək qərarına gəlib.

APA-nın məlumatına görə, bu barədə “Bild in Russian” Telegram kanalı məlumat yayıb.

“65 yaşlı Ursula fon der Lyayen Avropa Komissiyasının sədri vəzifəsinə yenidən namizədliyini irəli sürmək qərarına gəlib. O, 2019-cu ildən bu postu tutur”, - nəşr yazır.

Avropa Komissiyasının növbəti tərkibi 2024-cü ilin noyabrında öz işinə başlayacaq.