İlham Əliyev ATƏT-in Baş katibinə: Təşkilat daxilində fəaliyyətsiz strukturların ləğvinin vaxtı çoxdan yetişib

İlham Əliyev ATƏT-in Baş katibinə: Təşkilat daxilində fəaliyyətsiz strukturların ləğvinin vaxtı çoxdan yetişib

ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşündə bildirib.

Dövlət başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırıb.