ABŞ Yəmən yaxınlığında raket və pilotsuz aparatlar vurub

ABŞ Yəmən yaxınlığında raket və pilotsuz aparatlar vurub

ABŞ ordusu gəmiəleyhinə mobil qanadlı raketə və pilotsuz suüstü gəmiyə iki zərbə endirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Reuters” ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat verib.

Komandanlığa görə, Qırmızı dənizdə yerləşən Britaniyanın “MT Pollux” ticarət gəmisinə dörd gəmiəleyhinə ballistik raket buraxılıb. Agentliyin yazısında qeyd olunub ki, raketlər və pilotsuz aparatlar Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan ərazilərdən buraxılıb.

Məqalədə deyilir ki, bu ərazilərdə “MT Pollux” və ya hər hansı digər gəmiyə ziyan dəyməsi barədə məlumat yoxdur.