Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Bakıda Xorvatiya seçməsi ilə iki yoldaşlıq görüşü keçirəcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 10-da və 13-dəki "Dalğa Arena"da baş tutacaq qarşılaşmalar saat 16:00-da başlayacaq.
7 - 13 noyabrda yığmanın təlim məşq toplanışı olacaq.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçular:
S. | SOYAD | AD | KLUB |
1 | Şərifova | Aytac | Trabzonspor (Türkiyə) |
2 | İsmayılova | Günay | Amedspor Kadın Futbol Takımı (Türkiyə) |
3 | Əliyeva | Nərgiz | KDZ Ereğli Bələdiyyə Spor (Türkiyə) |
4 | Güleryüza | Göknur | Fenerbahce (Türkiyə) |
5 | Mirzəliyeva | Nigar | Rubin (Rusiya) |
6 | Məmmədova | Kamilla | Bitexen Adana İdmanyurdu (Türkiyə) |
7 | Hacıyeva | Nərgiz | Trabzonspor (Türkiyə) |
8 | Mollayeva | Manə | 8 - iOEUGiM |
9 | Əhmədova | Ayşən | Fomget ve Genclik Spor (Türkiyə) |
10 | Bakarandze | Kristina | Galatasaray (Türkiyə) |
11 | Məmmədova | Diana | Yenisey (Rusiya) |
12 | Rəhimova | Sona | Amedspor Kadın Futbol Takımı (Türkiyə) |
13 | Əliyeva | Coşqunə | Kirecburnu (Türkiyə) |
14 | Hacıyeva | Vüsalə | Hatayspor ( Türkiyə) |
15 | Seyfəddinova | Vüsalə | Bitexen Adana İdmanyurdu (Türkiyə) |
16 | Teymurova | Firəngiz | 8 - iOEUGiM |
17 | Məhsimova | Jalə | KDZ Ereğli Bələdiyyə Spor (Türkiyə) |
18 | Acar | Yeliz | Fatih Vətən (Türkiyə) |
19 | Bozdağ | Peritan | Fatih Vətən (Türkiyə) |
20 | Manya | Esra | Beşiktaş (Türkiyə) |
21 | Cəfərzadə | Sevinc | Krasnodar ( Rusiya ) |
22 | Parlak | Nazlıcan | Fenerbahce (Türkiyə) |
23 | Rəhimova | Milana | 8 - iOEUGiM |
24 | Jəfərova | Fidan | Nuxa |
25 | Nahmədova | Alina | Gaziantep Asya Spor |