Bakıda sığınacağa yerləşdirilən qız itkin düşüb

Bakıda sığınacağa yerləşdirilən qız itkin düşüb

Bakıda Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilən 17 yaşlı qız itkin düşüb.

"Birxeber.Az"un məlumatına görə, 2007-ci il təvəllüdlü, Şirvan şəhər sakini Məmmədova Arəstə Elçin qızı dünən yerləşdirildiyi sığınacaqdan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.