Şolts: Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır

Şolts: Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır

“Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazırdır”.

APA xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla bu gün Münxendə keçirilmiş görüşdən sonra özünün “X” hesabında paylaşımında qeyd edib.

“Mən bunu hər iki ölkə ilə müzakirələrdə təsdiqlədim. Hər iki tərəfin zorakılıq olmadan qalan məsələləri həll etməyə razı olması yaxşıdır”, - deyə alman Kansler vurğulayıb.

Şolts "X" hesabında görüşdən foto da paylaşıb.