Fitch: 2024-2025-ci illərdə Azərbaycanın dövlət borcu ÜDM-in 21,6%-ni təşkil edəcək

Fitch: 2024-2025-ci illərdə Azərbaycanın dövlət borcu ÜDM-in 21,6%-ni təşkil edəcək

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün xərclərin artmasına baxmayaraq Azərbaycanda neft qiymətlərinin büdcədə proqnozlaşdırılandan yüksək olması və qeyri-neft gəlirlərinin artması dövlət büdcəsinin profisitli olmasını dəstəkləyəcək.

"Birxeber.Az-Economics" xəbər verir ki, bu barədə beynəlxalq kredit reytinq agentliyi olan "Fitch Ratings"dən bildirilib.

Agentlik qeyd edib ki, Azərbaycan Qarabağla bağlı xərcləri qarşılamaq üçün fiskal qaydası çərçivəsində qeyri-enerji üzrə ilkin kəsirin qeyri-neft ÜDM-in 17,5 %-nə (2023-cü ildəki 25 %-dən) endirilməsi hədəfini 1 il (2027-ci ilə qədər) təxirə salıb. Bu da Qarabağ və müdafiə ilə bağlı xərclər üzrə öhdəlikləri yerinə yetirilməsi ilə bağlıdır.

“Fitch” həmçinin əlavə edib ki, hökumət dövlət borcunun yuxarı həddini ÜDM-in 30 %-nə qədər artırıb (əvvəllər 20 %). Bu qayda nəzarət və büdcə məqsədlərinin müəyyən edilməsi baxımından məhdud praktikaya və zəif institusional çərçivəyə malikdir.

"Hökumət “Aqrarkredit”dən ÜDM-in daxili zəmanətli borcunun 8 %-ni üzərinə götürdükdən sonra 2023-cü ildə ölkənin dövlət borcu ÜDM-in 21,8 %-nə yüksəlib. “Fitch” 2024-25-ci illərdə borcun ÜDM-in orta hesabla 21,6 %-ni təşkil edəcəyini proqnozlaşdırır ki, bu da “BB” ölkə kateqoriyasında ən aşağı göstəricidir. Xarici dövlət zəmanətləri və borclanma 2023-cü ildə 6 milyard ABŞ dollarına (ÜDM-in 8,2 %-i) düşüb, bunun böyük hissəsi mənfəətli olan və dövlət dəstəyini tələb etməyən Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır"- Fitch əlavə edib.