Fransa və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Fransa və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Fransa və Ukrayna rəhbərləri iki ölkə arasında 10 il müddətinə təhlükəsizlik sahəsində zəmanətlər və əməkdaşlıq haqqında saziş imzalayıblar.

APA xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti yayımlayıb.

“Biz 10 il müddətinə müqavilə imzaladıq və bu saziş Ukrayna NATO-ya üzv olana qədər qüvvədə olacaq”, - Fransa prezidenti Emmanuel Makron bildirib.

Fransa 2024-cü ildə Ukrayna ilə təhlükəsizlik sazişi çərçivəsində Kiyevə 3 milyard avro dəyərində əlavə hərbi yardım göstərəcək. Bunu Yelisey sarayında Ukrayna lideri Vladimir Zelenski ilə birgə mətbuat konfransında respublika prezidenti Emmanuel Makron bildirib. .

“Bu sazişin bir hissəsi olaraq, Fransa 2024-cü ildə Ukraynaya 3 milyard avro əlavə hərbi yardım göstərməyi öhdəsinə götürüb”, o qeyd edib.