Azərbaycan lideri ilə Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktorunun görüşü olub

Azərbaycan lideri ilə Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktorunun görüşü olub

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub.

"Report"un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.

Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.