Rektor: Azərbaycana qarşı siyasət aparanların artıq maskaları yırtılıb

Rektor: Azərbaycana qarşı siyasət aparanların artıq maskaları yırtılıb

"Azərbaycana qarşı siyasət aparanların artıq maskaları yırtılıb".

"Report" xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov "Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə deyib.

Onun sözlərinə görə, tarix dəfələrlə sübut edib, hadisələrin gedişatı da onu deməyə əsas verir ki, türkün türkdən başqa dostu yoxdur.

Rektor Prezident İlham Əliyevin andiçmə mərasimində Türk dünyası haqqında səsləndirdiyi fikirlərə diqqət çəkib:

"Bir neçə gün əvvəl Prezident İlham Əliyev Azərbaycanın Türk dünyası ilə bağlı keçirəcəyi siyasətin yeni konturları barədə məlumat verdi. Dövlət başçısı söylədi ki, Azərbaycanın Türk dünyasından başqa ailəsi yoxdur. Heç biz ailə də axtarmırıq. Dünənə kimi, Azərbaycana qarşı siyasət aparanların artıq maskalar yırtılıb. Azərbaycan bilir ki, bizim ailəmiz Türk dünyasıdır".