Rusiya ordusu Avdeevkada Ukrayna SQ-nin strateji mövqelərini nəzarətə götürüb

Rusiya ordusu Avdeevkada Ukrayna SQ-nin strateji mövqelərini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Avdeevka rayonundakı Ukrayna Silahlı Qüvvələrinin strateji mövqelərini nəzarətə götürüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Avdeevkada Ukrayna Silahlı Qüvvələrinin strateji mövqelərini nəzarətə götürərək şəhər mərkəzinə çıxıb. Həmçinin Ukrayna qoşunlarının təchizat yollarının kəsildiyi, onların mühasirəyə alındığı bildirilib.

Ukrayna Baş Qərargahı isə Silahlı Qüvvələrinin bölmələrinin Avdeevka bölgəsində “təhlükəli istiqamətlərdə manevrlər həyata keçirdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, dünən Ağ Ev (Vaşinqton) Avdeevkanın Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçmək üzrə olduğunu açıqlayıb.