Rusiya HAMAS və “İslami Cihad” nümayəndələrini Moskvaya dəvət edib

Rusiya HAMAS və “İslami Cihad” nümayəndələrini Moskvaya dəvət edib

Rusiya HAMAS və “İslami Cihad” da daxil olmaqla, 14-ə qədər təşkilatın nümayəndələrini Moskvada Fələstinlə bağlı görüşə dəvət edib.

Birxeber.Az-nın Moskva müxbiri ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

O, Qəzzada girovlar arasında daha üç Rusiya vətəndaşının qaldığını, Moskvanın saxlanılanların azad edilməsi üçün bütün tərəflərlə əlaqə saxladığını söyləyib: "Bir sıra ölkələrin liderləri Rusiyaya müraciət etdilər ki, Moskva Qəzzada girovları azad etmək üçün unikal imkanlarından istifadə etsin".

Boqdanov Rusiyanın Rəfah ətrafında yaranmış vəziyyətdən narahat olduğunu və bütün tərəflərlə əlaqə saxladığını da ifadə edib.