Milli Məclis seçkilərdə qələbə münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib

Milli Məclis seçkilərdə qələbə münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib

Milli Məclis prezident seçkilərində qələbə münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

“Report” xəbər verir ki, bu barədə Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Mən hamınızın adından yenidən Prezident seçilməsi ilə bağlı möhtərəm İlham Əliyevə təbrik məktubu göndərmişəm, səmimi təbriklərimi çatdırıb və xoş arzularımı ifadə etmişəm", - sədr qeyd edib.

Deputatlar təbrik məktubunun göndərilməsini alqışlarla qarşılayıblar.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 92.12 faiz səslə qalib gəlib.