Türkiyə kəşfiyyatı PKK-nın aparıcı fiqurlarından birini zərərsizləşdirib

Türkiyə kəşfiyyatı PKK-nın aparıcı fiqurlarından birini zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının aparıcı fiqurlarından biri Fatma Sakana zərərsizləşdirilib.

“Birxeber.Az” “Global Haber”ə istinadən xəbər verir ki, bu barədə MİT məlumat yayıb.

Bildirilib ki, Fatma Sakana 2012-ci ildə Türkiyənin Şırnak bölgəsində 10 hərbçinin şəhid edildiyi terror hücumunun fəallarından olub.