Yunanıstan parlamenti eynicinslilərin evliliyinə dair qanun layihəsini təsdiqləyib

Yunanıstan parlamenti eynicinslilərin evliliyinə dair qanun layihəsini təsdiqləyib

Yunanıstan parlamenti ölkədə eynicinsli vətəndaş nikahlarına icazə verən, həmçinin belə cütlüklərə uşaq övladlığa götürmək hüququ verən qanun layihəsini təsdiqləyib.

Birxeber.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Beləliklə, Yunanıstan eynicinsli cütlüklər arasında evliliyə icazə verən ilk pravoslav ölkələrdən biri oldu.

Qanun layihəsini 300 yerlik parlamentdə 176 deputat dəstəkləyib. Beləliklə, qanun layihəsi gərgin müzakirələrə baxmayaraq, “sol” müxalifət tərəfindən kifayət qədər dəstək alıb.

Baş nazir Kiriakos Mitsotakisin sağ mərkəzçi Yeni Demokratiyası bitərəf qalıb və ya əleyhinə səs verib.

İndi təsdiq edilmiş qanunvericilik təşəbbüsü rəsmi hökumət qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.