Almaniya Kiyevə “Taurus” qanadlı raketlərinin verilməsini təklif edib

Almaniya Kiyevə “Taurus” qanadlı raketlərinin verilməsini təklif edib

Biz Ukraynaya döyüş sursatının tədarükünü sürətləndirməliyik.

Birxeber.Az xəbər verir ki, bu barədə Bundestaqın Avropa məsələləri üzrə komitəsinin rəhbəri Anton Hofreiter (Yaşıllar) çıxışında deyib.

“Ukraynanın artilleriya sursatına ciddi ehtiyacı var. Əks halda, Ukrayna Rusiya tərəfinin say üstünlüyünə görə cəbhənin müəyyən sektorlarında mövqelərini itirə bilər. Bu səbəbdən biz Ukrayna üçün dünyanın hər yerindən sursat almalıyıq və eyni zamanda öz istehsalımızı sürətlə artırmalıyıq”, - deyə o bildirib.

O, həmçinin Kiyevə uzaqmənzilli “Taurus” qanadlı raketlərinin tədarükünə çağırış edib.