Bakıda avtomobil 19 yaşlı gənci vurub

Bakıda avtomobil 19 yaşlı gənci vurub

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil Babək prospektində yolu keçən 19 yaşlı Sənan Haqverdiyevi vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.