Ermənistanda dünən istefaya göndərilən nazirin kabinetində axtarış aparılır

Ermənistanda dünən istefaya göndərilən nazirin kabinetində axtarış aparılır

Ermənistanda sabiq iqtisadiyyat naziri Vahan Kerobyanın kabinetində axtarış aparılır.

APA xəbər verir ki, bu barədə yerli “Hraparak” nəşri yazıb.

Qeyd edək ki, dünən sabiq nazirin vəzifəsindən istefa verməsi ilə bağlı xəbər yayılmışdı.

Kerobyan 2020-ci ilin 26 noyabrda iqtisadiyyat naziri təyin olunub. Son günlər İqtisadiyyat Nazirliyinin qalmaqallı hadisələrdə adının hallanması ilə əlaqədar Kerobyanın istefa verməsi ehtimalı irəli sürülüb.

Qeyd edək ki, həmin qalmaqala görə Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunub.