Səfir: Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ABŞ üçün prioritet məsələdir

Səfir: Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ABŞ üçün prioritet məsələdir

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi prioritet məsələdir.

“Birxeber.Az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

“ABŞ və məncə, Azərbaycan üçün daha bir prioritet məsələ Ermənistanla sülh sazişinin imzalanmasıdır. Son bir neçə ay ərzində bununla bağlı müəyyən irəliləyiş və imkanların olması məni ruhlandırır”, - o vurğulayıb.

Diplomat qeyd edib ki, ölkəsi sülhün əldə olunmasında tərəflərə hər cür kömək etməyə hazırdır.