Naxçıvanda mülkiyyət hüququnun pozulması ilə bağlı 594 müraciət daxil olub

Naxçıvanda mülkiyyət hüququnun pozulması ilə bağlı 594 müraciət daxil olub

2023-cü ilin əvvəlindən 1 fevral 2024-cü il tarixinə qədər Naxçıvan Şəhər İcra Hakimiyyətinə mülkiyyət hüququnun pozulması ilə əlaqədar 594 müraciət daxil olub və həmin vətəndaşlara cavab məktubları göndərilərək aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüquqları izah edilib.

Bu barədə "Report"un yerli bürosuna qurumdan bilirilib.

Məlumata görə, onlardan 395 nəfəri aidiyyəti üzrə məhkəməyə müraciət edib.

Vətəndaşlara dəymiş zərərə görə sökülən daşınmaz əmlak və torpaq sahələrinin əvəzinə kompensasiya ödənilməsi və ya torpaq sahəsinin əvəzləşdirilməsi ilə əlaqədar 258 vətəndaşla razılıq əldə olunub. Müvafiq məqsədlə Naxçıvan şəhərinin Xətai məhəlləsində qeyri-yaşayış sahəsi üçün 10 hektar və Qaraxanbəyli kəndi ərazisində yaşayış sahəsi üçün 3 hektara yaxın torpaq sahəsi ayrılıb.