"Barselona"nın hücumçusu gələcək taleyi ilə bağlı qərar verib

"Barselona"nın hücumçusu gələcək taleyi ilə bağlı qərar verib

İngiltərənin “Brayton” klubunda çıxış edən Ansu Fati gələcək karyerası ilə bağlı qərar verib.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə ilə İspaniya təmsilçisi “Barselona”ya məxsus olan 21 yaşlı hücumçu kataloniyalıların heyətinə qayıtmaq istəyir.

O, yeni mövsüm öncəsi “Barsa”ya dönərək, baş məşqçi Xavinin etimadını qazanmağı düşünür.

Qeyd edək ki, 2023-cü ildə “Brayton”a keçən Fati 25 oyunda meydana çıxıb və 4 qol vurub. “Transfermarkt” portalı Qvineya əsilli ispaniyalı forvardı 30 milyon avro qiymətləndirib.