Aİ-də müdafiə məsələləri üzrə komissar vəzifəsi yaradıla bilər

Aİ-də müdafiə məsələləri üzrə komissar vəzifəsi yaradıla bilər

Avropa İttifaqı (Aİ) təşkilata daxil olan ölkələr üçün müdafiə məsələləri üzrə komissar postunun yaradılması imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Aİ müdafiə siyasətinin sənaye aspektlərinə nəzarət etmək üçün yeni müdafiə məsələləri üzrə komissar vəzifəsinin yaradılmasını nəzərdən keçirir", - məlumatda qeyd edilib.

Yeni vəzifəyə mümkün namizədlərdən biri Polşanın xarici işlər naziri Radoslav Sikorski, digər isə Estoniyanın Baş naziri Kayu Kallasdır.