Norveçli səyyah: Azərbaycana dəqiq mina xəritələri təqdim olunmalıdır

Norveçli səyyah: Azərbaycana dəqiq mina xəritələri təqdim olunmalıdır

Biz minaların necə təmizlənməsinə, hansı metodlardan və texniki ləvazimatlardan istifadə edildiyinə baxdıq.

Bu barədə APA-ya Azərbaycanın azad olunmuş ərazilərinə səfər edən norveçli səyyah Ole Yorgen Vastveit deyib.

O, minaların təmizlənməsi prosesin də iştirak etdiyini də deyib.

“Düyməni basdım və bu çox təsirli idi. Mən tank əleyhinə minanın necə partladığını gördüm”.

Səyyah Qarabağın bu qədər mina çirklənməsinə məruz qoyulduğunu daha əvvəl bilmədiyini və indi bütün bunlarla tanış olduğunu açıqlayıb.

“Bizə bu minaların necə basdırılmağı, Ermənistan ordusunun getməzdən əvvəl minaları basdırıb buradan çıxmaqları barədə məlumat verildi. Bu həqiqətən pis hərəkətdir. Mina xəritələri təqdim olunmalıdır ki, Azərbaycan tərəfi dəqiq bilsin ki, minalar harda basdırılıb. Bu addım çoxlu insanların həyatını xilas etmiş olar və minalardan təmizlənmə prosesi də daha sürətlənmiş olar”, - o deyib.