“Gəncə Xalça Kombinatı” özəlləşdirilib

“Gəncə Xalça Kombinatı” özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payın özəlləşdirilməsinə dair bu ilin avqust ayında elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

"Birxeber.Az" quruma istinadən xəbər verir ki, "Gəncə İlməçi” MMC müsabiqənin qalibi elan edilib.

Qalib şirkət onunla imzalanmış alqı-satqı müqaviləsinə uyğun olaraq, dövlət büdcəsinə 7,5 milyon manat vəsaitin köçürülməsini, 22 milyon manat dəyərində iki illik İnvestisiya Proqramının icrasını, müəssisənin büdcəyə olan borclarının tənzimlənməsini, digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

İnvestisiya Proqramına əsasən, müəssisədə yeni istehsal və xidmət sahələri (korpuslar, sexlər, anbarlar və s.) istifadəyə veriləcək, müəssisəyə müasir xalçaçılıq avadanlıqları, habelə müxtəlif digər texnoloji qurğular, maşın-mexanizmlər, cihazlar, nəqliyyat vasitələri alınacaq, məhsulların nümayişi və satışının təşkili üçün sərgi-satış salonu yaradılacaq. Müəssisənin infrastruktur təminatı tam yenilənəcək, xammal, material, komplektləşdiricilər alınacaq, ərazidə abadlıq işləri görüləcək, işçilərin şəraitinin yaxşılaşdırılması üçün yeni yeməkxana binası istifadəyə veriləcək.

İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə ildə 1200-1500 kvadratmetr xalça məmulatlarının (palaz, kilim, gəbə, namazlıq və s.) istehsalı planlaşdırılır ki, bu məqsədlə 150-dən artıq işçi cəlb olunacaqdır. İstehsal olunan məhsulların ixrac edilməsi də nəzərdə tutulur.

Biznes Biznes
AMEA elmi kadrların ali təhsil müəssisələrinə axınının qarşısını almağı təklif edir

AMEA elmi kadrların ali təhsil müəssisələrinə axınının qarşısını almağı təklif edir

Biznes Biznes
İstehlakçıların aldadılmasının qarşısının alınması müzakirə edilib

İstehlakçıların aldadılmasının qarşısının alınması müzakirə edilib

Biznes Biznes
Azərbaycanda 7 ayda 347 minə yaxın vergi ödəyicisi qəbul edilib

Azərbaycanda 7 ayda 347 minə yaxın vergi ödəyicisi qəbul edilib

Biznes Biznes
Azərbaycanda 19 faydalı qazıntı yatağı hərraca çıxarılır

Azərbaycanda 19 faydalı qazıntı yatağı hərraca çıxarılır

Biznes Biznes
KOBİA I yarımilə yekun vurub

KOBİA I yarımilə yekun vurub

Biznes Biznes
“Global Management”in rəhbəri: "Uğurlu yol düzgün idarəetmədən keçir"

“Global Management”in rəhbəri: "Uğurlu yol düzgün idarəetmədən keçir"

Biznes Biznes
Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilir

Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilir

Biznes Biznes
Azərbaycanda 6 dövlət obyekti icarə müsabiqəsinə çıxarılıb

Azərbaycanda 6 dövlət obyekti icarə müsabiqəsinə çıxarılıb

Biznes Biznes
"Təmiz Şəhər" 1 milyon manatlıq tenderə yekun vurub

"Təmiz Şəhər" 1 milyon manatlıq tenderə yekun vurub

Biznes Biznes
Dünya Bankı və Aİ: “Azərbaycanda kişilər qadınlardan 35 % çox qazanır”

Dünya Bankı və Aİ: “Azərbaycanda kişilər qadınlardan 35 % çox qazanır”

Biznes Biznes
Azərbaycan sahibkarları Daşkənddə beynəlxalq sərgilərdə iştirak edəcək

Azərbaycan sahibkarları Daşkənddə beynəlxalq sərgilərdə iştirak edəcək

Biznes Biznes
“Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib

“Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib