Ötən il dövlət büdcəsinə nəzərdə tutulandan əlavə 1,1 mlrd. manat vergi daxil olub

Ötən il dövlət büdcəsinə nəzərdə tutulandan əlavə 1,1 mlrd. manat vergi daxil olub

2023-cü il Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxil olub.

APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

O bildirib ki, ötən il həm də nəzərdə tutulandan əlavə 1,1 mlrd. manat vergi daxilolması təmin edilib: "Vergi islahatlarının başlandığı 1 yanvar 2019-cu ildən etibarən təkcə aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım qeydə alınıb".