Neft qiymətləri cüzi düşüb

Neft qiymətləri cüzi düşüb

Bu gün neft qiymətləri cüzi düşüb.

“Birxeber.Az” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 0,34 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 81,26 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersləri 0,44 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 76,2 ABŞ dolları olub.