ABŞ-da kommersiya neft ehtiyatları 440 mln. barelə yaxınlaşır

ABŞ-da kommersiya neft ehtiyatları 440 mln. barelə yaxınlaşır

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 12 018 min barel artaraq 439 450 min barel təşkil edib.

"Birxeber.Az-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 300 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.