Azərbaycan Prezidenti: Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq

Azərbaycan Prezidenti: Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq

Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur.

Birxeber.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.

Dövlət başçısı qeyd edib ki, ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.