Rusiya XİN: Xovayev Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə etmək üçün Bakıdadır

Rusiya XİN: Xovayev Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə etmək üçün Bakıdadır

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə etmək üçün Bakıdadır.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Xovayevin Bakıda Azərbaycandan olan həmkarları ilə görüşləri nəzərdə tutulub.

Zaxarova Xovayevin yaxın vaxtlarda İrəvana səfərinə ümid etdiyini də söyləyib.