Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər şahmatçıların dünya çempionatında qadınlar arasında çempion olan Azərbaycan şahmatçısı Gövhər Beydullayevanın “Birxeber”a müsahibəsi

- 20 yaşa qədər qadın şahmatçılar arasında dünya çempionatında sizə qədər ən yüksək göstəricini 2003-cü ildə Zeynəb Məmmədyarova qazanmışdı. O, bürünc medal əldə etmişdi. Siz isə ən yüksək nəticəni əldə etdiniz. Bir ilki bacarmaq, tarix yazmaq necə hissdir?
- Ölkəmə ilk çempionluğu yaşatmaq çox qürurverici və sevindirici haldır. Təkcə özümə görə deyil, 20 yaşadək oğlanlar arasında dünya çempionu olan komanda yoldaşım Abdulla Qədimbəyliyə görə də çox sevinirəm. İtaliyada himnimizin iki dəfə səslənməsi inanılmaz hissdir.

- Reytinq sıralamasına görə turnirin 4-cü şahmatçısı idiniz. Bütün görüşləri yüksək səviyyədə keçirdiniz və sonuncu, formal turu saymasaq, məğlub olmadınız - 7 qələbə, 3 heç-heçə. Son turdan əvvəl - X turda Urh Zala ilə oyunda isə çox üstün vəziyyətdə olduğunuz halda, görüşü bərabərliklə başa vurdunuz. Orda qələbəyə nə mane oldu?
- Turnirə uğurlu start vermişdim. Oyunlarım özümün də çox xoşuma gəlirdi. Bəhs etdiyniz Ur Zala ilə görüşdə də üstün vəziyyətdə idim. Düşünürdüm ki, qalib gələcəm. Hətta həmin gün çempion olacağımı da hiss edirdim. Mənim oyunum davam edərkən əsas izləyicilərimin - qazaxıstanlı Assel Serikbay ilə bolqarıstanlı Nurgül Səlimovanın görüşündə birincinin qalib gəldiyini gördüm, hesabladım ki, bu nəticəyə əsasən, heç-heçə ilə də çempion ola bilərəm. Öz oyunumda isə üstünlük mənim tərəfimdə olsa da, qələbə çətin görünürdü. Əlbəttə ki, oynasaydım, uda bilərdim. Düzdür, görüşün əvvəlində əldə etdiyim üstünlüyü sonradan reallaşdıra bilmədim. Rəqibin də əks-həmlə şansları var idi. Bütün bunları nəzərə alıb heç-heçəyə razılaşdım və çempionluğu təmin etdim.

- Həmçinin XI turda ilk dəfə məğlub oldunuz? Bu dəfə yəqin ki, çempionluğu təmin etmənin rahatlığı var idi...
- Mən artıq çempionluğu təmin etmişdim. Rəqibim Liya Kurmanqaliyevanın isə mükafatçılar sırasına düşmək şansı davam edirdi. Təbii ki, mən də oyuna məsuliyyətlə yanaşırdım, amma onun istəyi, əzmi daha çox idi. Çox yaxşı oynadı, qələbə qazandı.

- VI turda qarşılaşdığınız hindistanlı Nutakki Priyanka ilə “qulaqcıq məsələsi” var idi. Bu görüşün çempionluq yolunda “qırılma nöqtəsi” olduğunu deyə bilərikmi? Həmin texniki qələbə ilə vahid lider oldunuz və sona qədər liderliyi əldən vermədiniz...
- Doğrudur, o görüşdən sonra vahid lider oldum. Amma deməzdim ki, məhz o qələbə ilə çempionluq yolum açıldı. Bəlkə də onda qalib gəlməsəydim, sonrakı oyunlarda daha yaxşı oyanayacaqdım, daha çox xal toplayacaqdım. Çempion olmaq taleyimdə vardısa, mütləq olacaqdım. İstənilən halda, o görüşü “qırılma nöqtəsi” saymıram. Özümə çox inanırdım və çempion olacağımı bilirdim.

- Şahmatsevərlər təbii ki, çıxışınızı izləyirdilər və turnirin lap əvvəlindən diqqətləri bu yarışda idi. Amma geniş kütlə sizi ermənistanlı Məryəm Mkrtçyana qalib gəldikdən sonra daha çox diqqətlə izləməyə başladı. Artıq hər oyununuz sosial şəbəkələrdə müzakirə olunurdu. Həmin oyunda əlavə bir həyəcan, bir təşviş var idimi?
- Məryəm Mkrtçyana qalib gəlmək mənə psixoloji olaraq çox güclü təsir etdi. Ondan sonra özümə inamım, qələbəyə əminliyim daha da artdı. Çempionluğa çox yaxınlaşdığımı hiss etdim. Oyundan öncə də, görüş davam edərkən də həyəcan yox idi. Çox yaxşı hazırlaşmışdım. İlk 22-23 gediş debüt hazırlığı oldu, ondan sonra isə rəqibin yaxşı oynamağına baxmayaraq, mən düzgün gedişləri tapdım və sonda çox yaxşı bir taktika ilə qələbəni rəsmiləşdirdim.

- Bu yarışın qalibinə həm beynəlxalq qrossmeyster titulu, həm də Dünya Kubokunda iştirak haqqı verirdilər. Siz səhv etmirəmsə, beynəlxalq qrossmeyster adını artıq almısınız. Kubokda hansı hədəfləriniz var. Özünüzə konkret bir məqsəd qoymusunuzmu?
- Bəli, mən artıq qadınlar arasında qrossmeyster olmuşam. Bu ilin iyun ayında titulum təsdiqlənib. Dünya Kubokunda isə Azərbaycanı layiqincə təmsil etmək istəyirəm. Güclü şahmatçılara qarşı oyunlarda qalib gəlməyi hədəfləyirəm.

- Bu yarışdan əvvəl klublararası Avropa Kubokunda, ondan qabaq isə Şuşa turnirində iştirak etdiniz. Qarşıda Dünya Kuboku var. Yarışların sıx qrafiki yormur sizi?
- Bəli, bu aralar çox turnirlərim oldu. Amma şahmat oynamaqda heç vaxt yorulmuram. Uğurlar da qazandıqca daha çox stimul alıram. Onu da deyim ki, Dünya Kuboku növbəti il olacaq. Bu ilin sonuna qədər heç bir klassik yarışda iştirak etməyəcəyəm. Yalnız onlayn blitz turnirlərdə gücümü sınayacağam.

- Açıqlamanızda vurğulamışdınız ki, onlayn formatda dünya çempionu olsanız da, klassik formatda bu, ilk dəfə idi. Hansı daha asandır; klassik, ya onlayn?
- Əslində heç biri asan deyil. Onlayn şahmatın da, klassik şahmatın da özünəxas çətinlikləri var. Klassik şahmatda vaxt uzun olur, ümumilikdə hərəyə 1.5 saat vaxt verilir, 40 gedişdən sonra daha yarım saat əlavə olunur. Üzbəüz oynayırsan və yorğunluq olur. Onlayn formatda isə daha çox sürətli düşünmə bacarığı ön plana çıxır.

- Sizə hansı oyun üslubu daha uyğundur: Müdafiə olunmaq, ya hücum stilində oynamaq?
- Mənə hücum stilində oynamaq daha daha uyğundur. Əlbəttə ki, əgər material üstünlüyüm varsa, müdafiə olunub qalib gəlməyi də bacarıram, amma daha çox hücum etməyi sevirəm. Bu turnirdə də daha çox hücum etməyə, taktiki oyunlar göstərməyə, kombinasiyalar qurmağa çalışdım. Daha cəsarətli oyunlar göstərdim. Çox xoşuma gələn oyunlarım var idi.

Fərdi Fərdi
Avropa çempionatında 4 medal qazanan yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

Avropa çempionatında 4 medal qazanan yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

Fərdi Fərdi
"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

Fərdi Fərdi
Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Fərdi Fərdi
Azərbaycanın fiqurlu konkisürəni viza probleminə görə Avropa çempionatını buraxacaq

Azərbaycanın fiqurlu konkisürəni viza probleminə görə Avropa çempionatını buraxacaq

Fərdi Fərdi
Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Fərdi Fərdi
Mariya Stadnik: “Doqquz yox, onqat Avropa çempionu olmaq istəyirəm”

Mariya Stadnik: “Doqquz yox, onqat Avropa çempionu olmaq istəyirəm”

Fərdi Fərdi
Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti: “Azərbaycanın olmadığı yerdə biz varıq”

Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti: “Azərbaycanın olmadığı yerdə biz varıq”

Fərdi Fərdi
Azərbaycanın bədii gimnastları İslamiadanı 6 medalla başa vurublar

Azərbaycanın bədii gimnastları İslamiadanı 6 medalla başa vurublar

Fərdi Fərdi
Sərbəst güləşçilərimizin Avropa çempionatlarındakı qazancı: 27 qızıl, 25 gümüş, 37 bürünc medal – SİYAHI

Sərbəst güləşçilərimizin Avropa çempionatlarındakı qazancı: 27 qızıl, 25 gümüş, 37 bürünc medal – SİYAHI

Fərdi Fərdi
Şəhriyar Məmmədyarovun ilk rəqibi bəlli olub

Şəhriyar Məmmədyarovun ilk rəqibi bəlli olub

Fərdi Fərdi
Azərbaycanın daha üç taekvondoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç taekvondoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb