Azərbaycanın neft-qaz sektoruna sərmayələr kəskin artıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr kəskin artıb

Cari ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna 523,1 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə "Birxeber.Az-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 44,5% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.