Avropada ilin məşqçisi seçilən Adil Hüseynzadə: “Bu nailiyyət əldə olunan uğurların göstəricisidir”

Avropada ilin məşqçisi seçilən Adil Hüseynzadə: “Bu nailiyyət əldə olunan uğurların göstəricisidir”

Bu nailiyyət əldə olunan uğurların göstəricisidir.

Bunu “Birxeber.Az”a açıqlamasında Avropada 2023-cü ilin gimnastika məşqçisi seçilən Adil Hüseynzadə (tamblinq) deyib.

Mütəxəssis qazandığı titula görə sevincli olduğunu bildirib: “Fəxr edirəm ki, 2023-cü ilin yekunlarına əsasən Avropada ilin məşqçisi adına layiq görülmüşəm. Uzun illərdir məşqçilik fəaliyyəti ilə məşğul oluram. Mənə səs verən və dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Adil Hüseynzadə 196 735 səs (46 faiz) toplayaraq, bu ada layiq görülüb. Azərbaycan tamblinqçisi Mixail Malkin isə Avropada ilin gimnastı seçilib.