Şəmkirdə 10 uşaq dönərdən zəhərlənib

Şəmkirdə 10 uşaq dönərdən zəhərlənib

Şəmkirdə kütləvi zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərin 20 Yanvar küçəsində yerləşən dönərxanaların birində qeydə alınıb.

2015-ci il təvəllüdlü Renat Quluyev, 2015-ci il təvəllüdlü Cihat Cəlilov, 2015-ci il təvəllüdlü Zəhra Nadirova, 2015-ci il təvəllüdlü İpək Məmmədova, 2020-ci il təvəllüdlü Ruzi Məmmədov, 2014-cü il təvəllüdlü Asəf Məmmədli, 2017-ci il təvəllüdlü Banu Məmmədli, 2018-ci il təvəllüdlü Ömər Məmmədov, 2013-cü il təvəllüdlü Sunal İsgəndərov və 2008-ci il təvəllüdlü Aysu Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, uşaqlar dönər yedikdən sonra zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.