"Mançester Siti" Çempionlar Liqasında yeni rekorda imza atıb

"Mançester Siti" Çempionlar Liqasında yeni rekorda imza atıb

İngiltərənin "Mançester Siti" klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Birxeber.Az"un məlumatına görə, "şəhərlilər" buna səfərdə Danimarkanın "Kopenhagen" komandasına turnirin 1/8 final mərhələsinin ilk oyununda 3:1 hesabı ilə qalib gəlməklə nail olub.

Xosep Qvardiolanın baş məşqçisi olduğu kollektiv qitənin bir nömrəli klub turnirində ardıcıl 9-cu matçda qələbə qazanıb. Bunların yeddisi cari, ikisi isə əvvəlki mövsümdə olub. Bu, İngiltərə təmsilçiləri arasında yarışda ən uzunmüddətli qələbədir.

Qeyd edək ki, "Mançester Siti" sonuncu dəfə ötən ilin mayında Çempionlar Liqası matçında qələbə qazana bilməyib. Komanda həmin vaxt yarımfinalda İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 1:1.