Şuşa və Kayseri şəhərləri qardaşlaşıb - FOTO

Şuşa və Kayseri şəhərləri qardaşlaşıb - FOTO
13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Şuşa şəhəri ilə Kayseri şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətindən Birxeber-ə verilən məlumatda qeyd olunur ki, imzalanan sənədə əsasən iki qardaşlaşmış şəhərlər mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətindədirlər.

Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Şəhər təmsilçiləri, həmçinin qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində əməkdaşlıq edəcəklər. Sənədi Kayseridə səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç imzalayıblar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qeyd edibdir: “Nəzərə alsaq ki, Şuşa şəhəri 2023-cü ildə TÜRKSOY-un qərarı ilə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib, bu baxımdan Türkiyənin qədim tarixə malik Kayseri şəhəri ilə qardaşlaşma haqqında sənədin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, 21 sentyabr tarixində Şuşa Qoruğu Ərzurum şəhər bələdiyyəsi ilə də eyni məzmunlu sənəd imzalayıb. Şuşa şəhərinin Türk dünyasının digər mühüm şəhərləri ilə bu istiqamətdə əməkdaşlığı davam edəcəkdir”.

Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç bildirib ki, Şuşa şəhəri ilə qardaşlaşmaq onlar üçün böyük şərəfdir. Şuşa şəhərinin 28 illik işğaldan sonra azad olunması, şəhərin sürətlə bərpa edilməsi, çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bütün Kayseri sakinlərini sevindirən bir haldır.

Kayseri şəhərinə səfər çərçivəsində Şuşa şəhərinin nümayəndə heyətini həmin bölgənin valisi Gökmən Çiçək də qəbul etmişdir. Görüşdə Azərbaycanın qələbə rəmzi olan “Xarbülbül” döş nişanı cənab valiyə hədiyyə olunub. Bununla yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Azərbaycan Qardaşlaşma parkı və Xocalı parkı, Kayseri qalası və Milli Mücadilə Muzeyini ziyarət etdikdən sonra Kayseridə ənənəvi keçirilən kitab sərgisinin açılışında iştirak etmişdir. Həmçinin şəhərin Talas bələdiyyəsinin əməkdaşları, “Kayseriqaz” şirkətinin nümayəndələri və Kayseridə təhsil alan azərbaycanlı tələbələrlə də görüş baş tutub.

Birxeber
Sosial Sosial
Bəzi məscid imamları vəzifəsindən kənarlaşdırılacaq -

Bəzi məscid imamları vəzifəsindən kənarlaşdırılacaq -

Sosial Sosial
Küçədə Qurban Qurbanovu görən azarkeşdən maraqlı reaksiya - VİDEO

Küçədə Qurban Qurbanovu görən azarkeşdən maraqlı reaksiya - VİDEO

Sosial Sosial
Bu gün Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq - VİDEO

Bu gün Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq - VİDEO

Sosial Sosial
Bakıda sıxlıq olan yollar - SİYAHI

Bakıda sıxlıq olan yollar - SİYAHI

Sosial Sosial
Sumqayıtda Vətən müharibəsi şəhidlərin xatirəsi anılıb - FOTO

Sumqayıtda Vətən müharibəsi şəhidlərin xatirəsi anılıb - FOTO

Sosial Sosial
Bu ilin 9 ayında Rusiyadan Azərbaycana neçə nəfər gəlib? - RƏSMİ STATİSTİKA

Bu ilin 9 ayında Rusiyadan Azərbaycana neçə nəfər gəlib? - RƏSMİ STATİSTİKA

Sosial Sosial
Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə... - VİDEO

Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə... - VİDEO

Sosial Sosial
İstilik sisteminə sayğac quraşdırılmasına başlanacaq – RƏSMİ

İstilik sisteminə sayğac quraşdırılmasına başlanacaq – RƏSMİ

Sosial Sosial
Tərxis olunmağına 17 gün qalmış Şəhid olan Nihat Qasımov dəfn edildi - FOTO

Tərxis olunmağına 17 gün qalmış Şəhid olan Nihat Qasımov dəfn edildi - FOTO

Sosial Sosial
Bakının bu rayonunda yaşayış binası

Bakının bu rayonunda yaşayış binası

Sosial Sosial
Sürücülərə PİS XƏBƏR: Avtomobillərin mühərrik yağları kəskin bahalaşdı - VİDEO

Sürücülərə PİS XƏBƏR: Avtomobillərin mühərrik yağları kəskin bahalaşdı - VİDEO

Sosial Sosial
ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslər də pensiya ala biləcək

ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslər də pensiya ala biləcək